ADAU Təcrübə və Karyera Mərkəzi

“Yalama Aqropark” MMC (ADAU ilə əməkdaşlıq)“Baytar həkim” vakansiyasını elan edir.

Xaçmaz, Azərbaycan

06.09.21


Qeyd

Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.

- Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;

- Buzovların müayinə və müalicə işini aparır;

- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;

- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.

- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.

- Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,

- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.

- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.

- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.

- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir;

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.

Oxşar Elanlar